Nazarbayev Bakıya gəlir

 Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il Azərbaycana səfər edəcək, bu barədə prezidentin özü Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Rəşid Məmmədovun etimadnaməsini qəbul edərkən məlumat verib.

N.Nazarbayev səfirlə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevdən rəsmi dəvət aldığını və böyük minnətdarlıq hissi ilə bu dəvəti qəbul etdiyini vurğulayıb.

"Azərbaycan Qafqaz regionunda bizim üçün strateji tərəfdaşdır. Biz enerji, logistika, kənd təsərrüfatı sahəsində fəal əməkdaşlıq edirik”, - N.Nazarbayev bildirib.
 
N.Nazarbayev, həmçinin Qazaxıstan və Azərbaycanın qədim tarixə gedib çıxan köklərə malik sıx əlaqələrinin olduğunu qeyd edib.

 
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar