Zakir Həsənov David Kadner ilə görüşüb

Verilən məlumata əsasən, Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Çexiya Respublikası hərbi-sənaye şirkətləri nümayəndələri ilə Silahlı Qüvvələrimizin silahlanmasındakı döyüş texnikası və avadanlıq, eləcə də Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin modernləşdirilməsi və yenilənməsi, texniki baxımdan yerli şəraitə uyğunlaşdırılmış müasir müşahidə sistemlərinin əldə edilməsi, eləcə də hərbi təhsil, qarşılıqlı təcrübə səfərləri və maraq doğuran digər mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar