Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub


Hanoyda Vyetnam Baş nazirinin müavini, Xarici İşlər naziri Pham Binh Minhin həyat yoldaşı, səfir xanım Nquyen Nquyet Nqanın himayəsi ilə "Beynəlxalq qida festivalı-2019" adı ilə ənənəvi xeyriyyə yarmarkası keçirilib.

Hanoydakı səfirliyimizdən Azərtac-a bildiriblər ki, Azərbaycanın da təmsil olunduğu və 120 pavilyonun fəaliyyət göstərdiyi yarmarkada Vyetnamın Xarici İşlər Nazirliyi, ölkənin Xalq Komitələrinin xarici işlər idarələri, Vyetnamın xarici mədəniyyət mərkəzləri, Hanoyda akkreditə olunmuş diplomatik korpus, habelə qeyri-hökumət təşkilatların nümayəndələri iştirak ediblər.

Ölkələr arasında mədəni mübadilənin və qarşılıqlı anlaşmanın təşviqi məqsədini daşıyan yarmarkada milli pavilyonumuzun tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını əks etdirən şəkillərdən istifadə olunub. Yarmarka zamanı Azərbaycana xas milli suvenirlər, ölkəmizdə istehsal olunan çaylar, səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilib. Bundan başqa, Azərbaycan mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim olunub.

Vyetnam Xarici İşlər nazirinin müavini Danq Minh Khoi xeyriyyə fəaliyyətinə dəstəyə görə Azərbaycan səfirliyinə Vyetnam XİN-nin təşəkkür sertifikatını təqdim edib.

Yarmarkadan yığılan maliyyə vəsaiti Vyetnam Xarici İşlər Nazirliyinin həyata keçirdiyi müxtəlif xeyriyyəçilik fəaliyyətinə sərf olunacaq.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar