“Turkic Weekly” elektron bülletenində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitabından bəhs olunub

Nur-Sultan, 19 dekabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının həftəlik "Turkic Weekly” elektron bülletenində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunan kitab haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman” üçcildlik roman-tədqiqatının təqdimatından bəhs olunub.

Məqalədə qeyd edilib ki, kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar