Emil Nəsirli. Emil Nasirli. Эмиль Насирли.Emil Nesirli

Emil Rüfət oğlu Nəsirli 1974-cü il iyulun 12-də Bakı şəhərində anadan olub. 1981-1991-ci illərdə Bakı şəhəri Nəsimi rayonu M.Ə.Sabir adına 174 saylı orta  məktəbdə təhsil alıb. 1991-1996-cı illərdə Azərbay-can Dövlət İqtisad Universitetini əmtəəşünas ixtisası üzrə bitirib. 1997-2000-ci illərdə Azərbay-can Sənaye İnvestisiya Bankının "Təchizat” filialında kredit mütəxəssisi, mühasib və baş mühasib vəzifələrində çalışıb.  2000-2005-ci illərdə Birləşmiş Universal Səhmdar Bankında (BUS Bank) baş mütəxəssis, kredit şöbəsinin müdiri vəzifələrində fəaliyyətini davam etdirmiş, 2005-2008-ci illərdə "Kapital Bank” ASC-də kredit mütəxəssisi, sonralar "Kapital Bank” ASC-nin Sabunçu filialının müdir müavini vəzifəsində işləmişdir. Respublikanın bank sferasında fəaliyyət göstərdiyi dövrlərdə dəfələrlə uzun müddət fasiləsiz peşəkar xidmətinə görə Bank rəhbərliyinin təbrik məktubu, xüsusi döş nişanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb. 2008-ci ildən Emil Nəsirli öz fəaliyyətini jurnalistikaya doğru istiqamətləndirərək  dünyada və ölkəmizdə baş verən hadisələri obyektiv və dolğun işıqlandırmağa nail olmaqla, jurnalistikanın inkişafına və təbliğinə öz töhfəsini verib. Emil Nəsirli 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməklə "Azərbaycanım” beynəlxalq jurnalını təsis etmiş və həmin dövrdən "Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində yayılaraq geniş oxucu kütləsində maraq doğuran nüfuzlu nəşrə çevrilib. Emil Nəsirlinin baş redaktorluğu ilə nəfis şəkildə hazırlanaraq dərc olunan "Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını müasirləşdirərək, diaspor təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığın davam etməsinə səy göstərib, yaradıcılıq əsərlərinin məzmunluluğu, onları təqdimetmə formalarının orijinallığı, materialların janr tələblərinə uyğunluğu daim oxucuları cəlb edib. Emil Nəsirli 2016-cı ildə "Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinin "İlin jurnalisti” mükafatına layiq görülməsi ilə bağlı təşkil etdiyi müsabiqənin qalibi olmuş və Bakı şəhərində keçirilən mükafatlandırma mərasimində Münsiflər heyətinin qərarına əsasən "İlin jurnalisti-2016” mükafatı ilə təltif olunub. 2010-cu ildə peşəkar yaradıcılıq fəaliyyətinə görə və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində yorulmaz fəaliyyətinə görə Emil Nəsirli "Qızıl Qələm” media mükafatına layiq görülüb.
Emil Nəsirli həm də Azərbaycanda böyük nüfuza sahib olan bir nəslin davamçısıdır. Babası - Qəzənfər Hacı İbrahim oğlu Nəsirli o dövr-lərdə Azərbaycan SSR-də ən tanın-mış, hörmət və nüfuz qazanmış peşəkar təsərrüfat rəhbəri olmuş-dur. Qəzənfər Nəsirli 1910-cu ildə Lənkəran şəhərində ziyalı ailəsin-də dünyaya göz açmış, ilk təhsilini 2-ci dərəcəli məktəbdə aldıqdan sonra, 1930-cu ildə Gəncədəki Zaqafqaziya Pambıqçılıq Akademiyasına daxil olmuşdur.
Akademiyanı 1935-ci ildə bitirdikdən sonra fəaliyyətini doğma torpaqların meliorasiya və irriqasiya işinə sərf etmək qərarına gəlmiş, sonralar uzun müddət Lənkəran şəhərində Rayonlararası Suvarma Sistemləri İdarəsində baş mühəndis, idarə rəisi vəzifələrində çalışmışdır.  Qəzənfər Nəsirli çox keçmir ki, öz sahəsində kamil mütəxəssis, əhəmiyyətli uğurlar əldə edən bir kadr kimi tanınmağa başlamışdır. 1959-cu ildə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri seçilmişdir. 1964-cü ildə Maşın-Ekskavator Stansiyasının direktoru təyin olunan Qəzənfər Nəsirli 1969-cu ildən respublikaya rəhbərlik edən Heydər Əliyevin fəaliyyətindən ruhlanmış, dahi öndəri özünə ideal hesab edərək daha böyük həvəslə işə başlamışdır. Qəzənfər Nəsirli 1973-cü ilin sentyabrında respublikanın bölgələrinə səfər edərək, əməkçi insanların həyatları, özləri ilə yaxından tanış olan, onların əməyini qiymətləndirən dövlət başçısı Heydər Əliyev Lənkəran bölgəsində olarkən Qəzənfər Nəsirli ilə də görüşür. Qəzənfər Nəsirlinin əməyini yüksək qiymətləndirən rəhbər bu əmək bahadırını "Qırmızı Əmək Bayrağı" ordeni kimi yüksək mükafatla təltif edir. Həm bu təltif, həm də özünə ideal saydığı şəxsiyyətlə üz-üzə görüş Qəzənfər Nəsirli  üçün ikiqat fərəh hissinə çevrilir. O, bu hisslərini ömrünün sonuna qədər yaşadır. Təltif zamanı çəkilən foto isə ailə albomunda xüsusi olaraq indi də qorunmaqdadır. 1980-ci ildə respublika əhəmiyyətli fərdi təqaüdə çıxması isə onun əməyinə daha bir yüksək qiymət olur. 1982-ci ildə H.Əliyev Moskvaya gedəndə isə çoxları kimi, Qəzənfər Nəsirli də Azərbaycanın sonrakı taleyinə görə çox narahat olur. Qəzənfər Nəsirli 5 mart 1991-ci ildə Lənkəran şəhərində vəfat etmişdir. Sonralar Lənkəran Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qəzənfər Hacı İbrahim oğlu Nəsirlinin adının əbədiləşdirilməsi üçün şəhərin mərkəzində onun yaşadığı evə büst-barelyefi qoyulmuşdur.
Emil Nəsirlinin atası Rüfət Qəzənfər oğlu Nəsirli 1934-cü il dekabrın 10-da Lənkəran şəhərində anadan olmuş, ö dövrlərdə Bakı Politexnik İnstitutunu bitirərək ali təhsilli mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Dövrünün ən nüfuzlu ziyalısı kimi sayılıb seçilən Rüfət Nəsirli müxtəlif vəzifələrdə çalışmış və işlədiyi dövlət müəssisələrində böyük hörmət sahibi olmuşdur. O, 1970-ci illərdə Lənkəran şəhərində Kərpic zavodunun direktoru, Bakıya köçdükdən sonra isə müxtəlif məsul vəzifələrdə çalışaraq, vəzifə karyerasının yüksək zirvəsinə qalxmışdır. Bütün məhsuldar fəaliyyəti ərzində mühəndis, baş mühəndis, müfəttiş və baş müfəttiş vəzifələrində peşəkar fəaliyyətinə görə respublika rəhbərliyi tərəfindən müxtəlif təltiflərlə mükafatlandırılmışdır. Rüfət Nəsirli 2009-cu il sentyabrın 30-da vəfat etmişdir.
Anası Elza Bəşir qızı İmamverdiyeva 1942-ci il dekabrın 25-də Astara şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra  Azərbaycan Tibb Universitetinə daxil olmuş və həmin Universiteti "mama-ginekoloq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Elza İmamverdiyeva uzun müddət Bakı şəhəri Sabunçu Rayon Xəstəxanasında mama-ginekoloq vəzifəsində fəaliyyət göstərmiş, işlədiyi müddət ərzində hamının məhəbbətini öz yüksək həkim peşəkarlığı və gözəl insani xüsusiyyətləri ilə qazanaraq gerçək olan nəticələrlə işlədiyi müəssisənin adını ucaltmışdır. Elza İmamverdiyeva hazırda təqaüdçüdür.
Emil Nəsirlinin dayısı - 1992-ci ildə məşhur "91"-lər sırаsındа оlаrаq Yeni Аzərbaycan Pаrtiyаsının yаrаdıcılаrındаn biri, 1995-ci ildə Müstəqil Аzərbaycan Respublikаsının ilk pаrlаmentinin (Milli Məclis) deputаtı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputаt seçilmiş, AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru,   professor, Azərbaycan Respublikasının əməkdаr elm xаdimi, Azərbaycan Tibb Universitetinin urоlоgiyа kаfedrаsının müdiri Sudeyf Bəşir oğlu İmamverdiyevdir. O, 1938-ci il iyul аyının 2-də Astara şəhərində müəllim аiləsində аnаdаn оlmuşdur. Südeyf İmamverdiyev Аstаrаdа оrtа məktəbin rus bölməsini bitirərək, 1956-cı ildə N.Nərimаnоv аdınа Аzərbaycan Tibb Universitetinin müаlicə-prоfilаktikа fаkültəsinin Azərbаycаn bölməsinə dаxil оlmuş və 1962-ci ildə оrаnı bitirmişdir. Tələbəlik illərində о, cərrаhiyyə sаhəsində elmi işlə məşğul оlmuş və оnа görə mükаfаtlаndırılmışdır. 1975-ci ilin yаnvаrındаn tibb elmləri dоktоru Südeyf İmаmverdiyev Аzərbаycаnа qаyıdır. Vətənə qаyıdаndаn sоnrа yenə də, Ə.Əliyev аdınа Аzərbаycаn Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kаfedrаsındа аssistent vəzifəsində işə
bаşlаyır və Tibb İnstitutundа Urоlоgiyа kаfedrаsının аçılmаsı ücün çаlışır. 1975-ci ildə оnun təşəbbüsü və səyləri nəticəsində Аzərbaycan Tibb İnstitutundа urоlоgiyа kаfedrаsı аçılır. 1976-cı ildə Urоlоgiyа kаfedrаsının dоsenti, 1977-ci ildə prоfessоru, 1990-cı ildən isə kаfedrаnın müdiri vəzifəsində çalışır.
Südeyf İmamverdiyevin  elmi-pedоqоji fəаliyyəti çoxşаxəli və genişdir. Geniş biliklərə və yüksək təcrübəyə mаlik оlаrаq о urоlоgiyаnın və andrologiyanın аktuаl istiqаmətlərini inkişаf etdirərək və böyük nаiliyyətlər əldə etmişdir. işlədiyi müddətdə Аzərbaycandа elmi kаdrlаrın hаzırlаnmаsı, tədris işləricin keyfiyyətinin yаxşılаşdırılmаsı və səmərəli uroloji xidmətin təşkili istiqаmətində dаimа çalışmış, öz bilik və bаcаrığını əsirgəməmişdir. Аlim elm sаhəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun аyındа Аzərbaycan Respublikаsının Prezidenti Heydər Əliyevin fərmаnı ilə "Şöhrət” оrdeni ilə təltif edilmişdir. 2006–ci ildə isə elm sаhəsində göstərdiyi xidmətlərə görə Y.Məmmədəliyev аdınа medаllа təltif edilmiş, 2008-ci ildə isə Əməkdаr elm xаdimi аdınа lаyiq görülmüşdür. Südeyf İmamverdiyev həmçinin elm sаhəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiyа Təbiət Elmləri Аkаdemiyаsının müxbir üzvü secilmiş, Elmi məktəbin yаrаdıcısı fəxri аdınа lаyiq görülmüş və cərrahi urоlоgiyаdа ixtirаçılıq və səmərələşdirici təklif vermək fəаliyyətinə görə "Nоbel" medаlı ilə təltif оlunmuşdur.
 
Emil Nəsirli bütün dostlarına, qohumlarına, ətrafında olan iş yoldaşlarına qarşı da alicənablığı, səmimiliyi və səxavətli olması ilə fərqlənir. Emil Nəsirli hazırda həm də biznes fəaliyyəti ilə də məşğul olur, xeyriyyəçiliyə, humanizmə çox meyllidir.
Evlidir, üç övladı  var.
 

Fikrət Nağıyev,

Azərbaycan Bioqrafiyalar Ensiklopediyasının Redaksiya Şurasının Sədri,

 

ictimai-xadim

Xəbərin retinqi: 
Şərh əlavə et
  • Нравится
  • 0
  • Julian
  • 17-08-2018, 15:31
  • : 15:31
На нашем сайте вы можете найти все про розы в Саратове
действия
  • Нравится
  • 0
  • Cindy
  • 04-12-2018, 23:00
  • : 23:00
На нашем сайте вы можете найти все про Zone51.ru
действия
  • Нравится
  • 0
  • Jay
  • 09-01-2019, 20:33
  • : 20:33
На нашем сайте вы можете найти все про Lachica.ru
действия
  • Нравится
  • 0
  • Emma
  • 20-01-2019, 20:40
  • : 20:40
На нашем сайте вы можете найти все про декор
действия
  • Нравится
  • 0
  • Kristen
  • 27-02-2019, 22:52
  • : 22:52
На нашем сайте вы можете найти все про удостоверение компрессорщика
действия
  • Нравится
  • 0
  • dffdf
  • 05-06-2019, 06:19
  • : 06:19
En fait, personne ne met trop d’énergie dans des choses qui ne l’intéressent pas et s’ils s’y intéressent, ils seront passionnément impliqués. Ce type de psychologie peut également être utilisé par le personnel des ventes pour persuader le client lors de la vente, Replique Hublot prendre l’initiative de répondre à ses besoins et se rapprocher du client afin de poursuivre la communication afin d’atteindre enfin le succès des ventes.
действия
  • Нравится
  • 0
  • Travis
  • 06-06-2019, 19:38
  • : 19:38
На нашем сайте вы можете найти все про Cadillac BLS
действия
  • Нравится
  • 0
  • Matt
  • 07-06-2019, 22:31
  • : 22:31
На нашем сайте вы можете найти все про по ссылке
действия
  • Нравится
  • 0
  • Marty
  • 08-06-2019, 19:29
  • : 19:29
На нашем сайте вы можете найти все про микрокредит срочно
действия
  • Нравится
  • 0
  • Sarah
  • 17-06-2019, 21:09
  • : 21:09
Нашел интересную статью рекомендую ознакомиться тут
действия
  • Нравится
  • 0
  • Ginger
  • 21-07-2019, 21:26
  • : 21:26
На нашем сайте вы можете найти все про www.kupit-spravku-rostov-na-donu.org
действия
  • Нравится
  • 0
На нашем сайте вы можете найти все про порно блондинки
действия
  • Нравится
  • 0
  • Lamar
  • 10-09-2019, 22:43
  • : 22:43
На нашем сайте вы можете найти все про накладная быстро
действия
  • Нравится
  • 0
  • Rex
  • 22-09-2019, 20:10
  • : 20:10
На нашем сайте вы можете найти все про отдых на черном азовском море
действия
  • Нравится
  • 0
  • Jarel
  • 01-10-2019, 22:02
  • : 22:02
На нашем сайте вы можете найти все про Kia авто новости на http://kiaforum.lv
действия
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar