Prezident İlham Əliyevin Çernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin yüksək beynəlxalq nüfuzunun növbəti təzahürüdür

  • Dünya
  • Sentyabr 6, 2024
  • 0 Comments

Məlum olduğu kimi, bu gün İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən Beynəlxalq Forum keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev Forumda əsas qonaq qismində iştirak edəcək.

Sayca 50-ci olacaq Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı nəzərdə tutulur.

Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.

Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən Forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar Forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.

Qeyd etməliyik ki, bu nüfuzlu Forumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar.

1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

“The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House – Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurum bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunur.

İllik Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu Forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d’Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim keçirilir.

Ənənəvi olaraq üç gün davam edən Forumun ilk günün adətən əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər əsasən iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. Həmin gün İtaliya üçün xüsusi önəm daşıyan ölkələrin dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxsləri əsas qonaq qismində çıxış edirlər. İkinci gündə isə diqqət daha çox Avropaya yetirilir, Aİ-nin bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirakı ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Forumun üçüncü günü isə İtaliyaya həsr olunur və həmin tədbirlərdə ölkənin hökumət rəsmiləri, maliyyə və biznes dünyasının nümayəndələri iştirak edirlər.

  • Related Posts

    • Dünya
    • Sentyabr 11, 2024
    • 956 views
    Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

    Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Müraciəti təqdim edirik: “Hörmətli…

    • Dünya
    • Sentyabr 9, 2024
    • 110 views
    Prezident İlham Əliyev: Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır

    Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

    • Oktyabr 4, 2024
    • 5 views
    İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub

    • Oktyabr 3, 2024
    • 9 views
    Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub

    İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub

    • Oktyabr 3, 2024
    • 10 views

    İlham Əliyev Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub

    • Oktyabr 3, 2024
    • 11 views

    İlham Əliyev Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib

    • Oktyabr 3, 2024
    • 14 views

    İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub

    • Oktyabr 3, 2024
    • 12 views