İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məryəm Nəvaz Şərif atasının – Məhəmməd Nəvaz Şərifin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Baş nazirinə və Məhəmməd Nəvaz Şərifə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevlə Məhəmməd Nəvaz Şərif arasındakı dostluq münasibətlərini xatırladı.

WUF13-də iştirak etməkdən məmnun olduğunu söyləyən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin yüksək səviyyədə təşkil edildiyini və Bakıda şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirə olunacağını vurğuladı.

Bakının gözəlliyinin onu valeh etdiyini deyən Məryəm Nəvaz Şərif paytaxtımızın mədəniyyət və müasir şəhərsalmanın vəhdətinin gözəl nümunəsi olduğunu qeyd etdi.

Qonaq Bakıya səfəri çərçivəsində müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdiyini, onun xatirəsini hörmət və ehtiramla andığını dedi.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin və strateji əlaqələrin inkişafından məmnunluq ifadə edildi, siyasi, iqtisadi, diplomatik, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, regionlararası əməkdaşlığın inkişaf etdiyi vurğulandı, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi. Azərbaycanın “ASAN xidmət” təcrübəsinə əsasən Pakistanda da mərkəzlərin yaradıldığı qeyd edildi.

Dövlətimizin başçısı bu gün Azərbaycan-Pakistan əlaqələrinin üçtərəfli – Azərbaycan-Türkiyə-Pakistan formatında da inkişaf etdiyini diqqətə çatdırdı.

  • Related Posts

    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad…

    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib. ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq…

    Bir cavab yazın

    Xəbərlər

    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    • Oktyabr 27, 2026
    • 55 views
    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    • Oktyabr 27, 2026
    • 41 views
    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

    • Oktyabr 27, 2026
    • 41 views
    İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

    • Oktyabr 27, 2026
    • 39 views
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

    İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

    • Oktyabr 27, 2026
    • 39 views
    İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

    İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

    • Oktyabr 27, 2026
    • 42 views
    İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib