İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Qonaqlar, ilk növbədə, COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar. Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğuladılar.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinə COP29-da fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 16-dan artıq müxtəlif panelin təşkil edildiyini, həmçinin Mərkəzin ayrıca pavilyonunun fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı bütün bunların COP gündəliyinin irəli aparılması işinə töhfə verdiyini dedi.

Vayra Vike-Freyberqa və İsmail Serageldin qeyd etdilər ki, Mərkəz böyük Azərbaycan şairi Nizaminin məhz humanizm prinsiplərinə, ideyalarına və fəlsəfəsinə əsaslanaraq, dünya miqyasında humanizmin təşviqinə öz töhfəsini verir.

Dövlətimizin başçısı vurğuladı ki, Mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfəsi əsasında dünya miqyasında həyata keçirdiyi fəaliyyəti təqdir olunur. Bu təsisatın beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından aktiv şəkildə fəaliyyət göstərdiyini, onların həlli yollarının tapılmasına töhfəsini verdiyini deyən Prezident İlham Əliyev bu xüsusda XII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi və bu tədbirin yeni dünya düzəninin formalaşdırılması ilə bağlı vacib mövzulara həsr olunduğunu vurğuladı.

Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirak edəcəyini bildirən İsmail Serageldin tədbirdə qlobal aktual problemlərə, bu xüsusda çoxtərəfli diplomatiya və çoxqütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, postmünaqişə dövründə bərpa-quruculuq işləri və bu kimi digər vacib mövzulara həsr edilən panel və müzakirələrin keçiriləcəyini bildirdi.

Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, bu çərçivədə də ölkəmizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT institutları arasında əməkdaşlığın əhəmiyyətinə toxundu.

Dövlətimizin başçısı Mərkəzin İdarə Heyətinin üzvlərinin müxtəlif suallarını cavablandırdı.

Görüş müzakirələrlə davam etdi.

  • Related Posts

    İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə…

    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

    • May 30, 2025
    • 107 views
    İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

    • May 30, 2025
    • 102 views
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

    İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

    • May 29, 2025
    • 119 views
    İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

    Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

    • May 29, 2025
    • 82 views
    Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

    Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə təkbətək görüşü olub

    • May 29, 2025
    • 81 views
    Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə təkbətək görüşü olub

    İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib

    • May 29, 2025
    • 87 views
    İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib