İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı 2022-ci ildə Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd etdi.

Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımızın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş etdi.

Səfir qeyd etdi ki, Litva Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğuladı ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.

Əlaqələrimizin tarixində ölkələrimizin və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını dedi. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğuladı. Səfir qeyd etdi ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.

O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini dedi, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğuladı.

Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirdi.

Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edildi.

  • Related Posts

    İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev…

    İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

    Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

    • Yanvar 18, 2025
    • 12 views
    İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

    İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

    • Yanvar 17, 2025
    • 9 views
    İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

    İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

    • Yanvar 17, 2025
    • 9 views
    İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

    İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib

    • Yanvar 17, 2025
    • 7 views
    İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib

    İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib

    • Yanvar 16, 2025
    • 12 views
    İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib

    İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib

    • Yanvar 15, 2025
    • 27 views
    İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib