İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.

İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edildi.

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.

İrakli Kobaxidze də öz növbəsində dövlətimizin başçısını Gürcüstana səfərə dəvət etdi.

Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul etdilər.

  • Related Posts

    İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

    Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

    • Aprel 23, 2025
    • 3 views
    İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    • Aprel 17, 2025
    • 39 views
    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Aprel 17, 2025
    • 32 views
    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

    • Aprel 16, 2025
    • 36 views
    İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

    İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

    • Aprel 14, 2025
    • 35 views
    İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

    • Aprel 11, 2025
    • 57 views
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib