Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilib

Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.

Bildirilib ki, qəsəbə sakinlərinin müraciətinə dərhal reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb.

Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib.

Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbənin özünəməxsus memarlığı qorunub saxlanılıb.

  • Related Posts

    2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə İlham Əliyevin çıxışı

    -Əziz idmançılar. Əziz dostlar. Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord…

    Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər

    Tarixi Azərbaycan torpaqlarının ən qədim, zəngin təbiətə və təbii sərvətlərə malik bölgələrindən biri də Qərbi Azərbaycandır. Qərbi Azərbaycanın bizim torpağımız olmasını bir çox tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir. Əfsuslar…

    Bir cavab yazın

    Xəbərlər

    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    • Oktyabr 27, 2026
    • 55 views
    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    • Oktyabr 27, 2026
    • 41 views
    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

    • Oktyabr 27, 2026
    • 41 views
    İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

    • Oktyabr 27, 2026
    • 39 views
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

    İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

    • Oktyabr 27, 2026
    • 39 views
    İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

    İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

    • Oktyabr 27, 2026
    • 42 views
    İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib