“Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib

Sentyabrın 5-də “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri və “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “jurnalın 20 illik fəaliyyəti ərzində qazandığı uğurlardan bəhs edilib. Xalq yazıçısı Anar, jurnalın beynəlxalq əlaqələrinin əhəmiyyətindən bəhs edib. “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Emil Nəsirli bildirib ki, jurnal fəaliyyət göstərdiyi 20 il ərzində bir sıra uğurlara imza atıb.

Bildirilib ki, kitabda Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı, barədə məlumatlar yer alıb. Həmçinin Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə, 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri və s. barədə, qədim və orta əsrlərə aid mənbələr, arxiv materialları, müasir dövrə aid informasiyalar əsasında ətraflı və obyektiv ensiklopedik məlumatlar əks olunub. Emil Nəsirli vurğulayıb ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalılarla görüşü əzəli yurd yerimizə qayıtmaq əzmini daha da gücləndirdi. Mərasimdə bir sıra tanınmış yazıçılar, ictimai xadimlər də yer alıb. Sonda “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunmuş sənədli film təqdim olunub.

  • Related Posts

    İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

    Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.…

    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib. Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

    • İyun 18, 2026
    • 45 views
    İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

    • İyun 18, 2026
    • 45 views
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

    İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

    • İyun 16, 2026
    • 43 views
    İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

    İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

    • May 20, 2026
    • 189 views
    İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

    İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

    • May 20, 2026
    • 178 views
    İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

    • May 20, 2026
    • 171 views
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib