İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək görüşü olub

  • Dünya
  • Avqust 22, 2025
  • 0 Comments

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Əvvəlcə dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dedi: Əziz dostum, Azərbaycan Respublikasının Prezidenti. Sizi bu gün ölkəmizdə görməyimə çox şadam. Bizi Xəzər dənizi birləşdirir. Əminəm ki, ikitərəfli görüşümüz məhsuldar olacaq. İkitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır.

Siz də qeyd etdiyiniz kimi, biz – eyni regionda yerləşən üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq, o cümlədən mədəniyyət sahəsində.

Öz adımdan, Prezidentin və bütün Türkmənistan xalqının adından bir daha qeyd etmək istəyirəm ki, Sizin səfəriniz bizim üçün bayramdır, sevindirici xəbərdir. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Çox sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç.

Əziz qardaşım, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, biz Sizinlə burada, gözəl Avaza şəhərində görüşürük. Bu şəhər Sizin əsərinizdir. Siz qardaş Türkmənistanda çox əsərlər yaratmısınız, onlardan biri də Avazadır.

Keçən ay Sizinlə Bakıda, Füzulidə, Şuşada görüşlərimi çox böyük məmnuniyyətlə xatırlayıram. Bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar.

Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq.

Əziz qardaşım, Sizə bir daha təşəkkürümü bildirirəm.

  • Related Posts

    • Dünya
    • Avqust 7, 2025
    • 507 views
    İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib. Dövlətimizin başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

    • Dünya
    • Sentyabr 11, 2024
    • 33590 views
    Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

    Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Müraciəti təqdim edirik: “Hörmətli…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    • Noyabr 22, 2025
    • 124 views
    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    • Noyabr 16, 2025
    • 103 views
    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    • Noyabr 15, 2025
    • 115 views
    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    • Noyabr 15, 2025
    • 81 views
    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    İlham Əliyev Özbəkistana səfərə gedib

    • Noyabr 15, 2025
    • 89 views
    İlham Əliyev Özbəkistana səfərə gedib

    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

    • Noyabr 14, 2025
    • 92 views
    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib