İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlətimizin başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğuladı ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini dedi.

Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirdi və özünün Pakistana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı dövlətimizin başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edildi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulandı.

  • Related Posts

    Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

    Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən…

    İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

    • Yanvar 28, 2025
    • 6 views
    Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

    İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Yanvar 27, 2025
    • 9 views
    İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyev Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Yanvar 27, 2025
    • 8 views
    İlham Əliyev Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

    • Yanvar 23, 2025
    • 30 views
    İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

    İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

    • Yanvar 23, 2025
    • 31 views
    İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

    İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

    • Yanvar 22, 2025
    • 34 views
    İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb