İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

Dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının sabiq Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğuladı və qeyd etdi ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olundu, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunuldu.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edildi.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulandı. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edildi.

  • Related Posts

    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad…

    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib. ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq…

    Xəbərlər

    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    • Oktyabr 27, 2026
    • 16 views
    İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    • Oktyabr 27, 2026
    • 14 views
    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

    İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

    • Oktyabr 27, 2026
    • 15 views
    İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

    • Oktyabr 27, 2026
    • 16 views
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

    İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

    • Oktyabr 27, 2026
    • 16 views
    İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

    İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

    • Oktyabr 27, 2026
    • 15 views
    İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib