İlham Əliyev Kazanda Laosun Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.

Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd etdi.

Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğuladı. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini dedi.

Thonqlun Sisulit dövlətimizin başçısını Laosa səfərə dəvət etdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxundu.

Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi.

  • Related Posts

    İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib. Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox…

    İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

    • Mart 13, 2025
    • 11 views
    İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

    İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

    • Mart 13, 2025
    • 20 views
    İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

    İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib

    • Mart 13, 2025
    • 18 views
    İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib

    İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib

    • Mart 13, 2025
    • 19 views
    İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib