İlham Əliyev İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı bir daha başsağlığı verdi və bununla əlaqədar İspaniya Hökumətinin Sədri Pedro Sançezə məktub göndərdiyini qeyd etdi.

Səfir başsağlığına və məktuba görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

O, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin və sədrliyinin, həmçinin ölkəmizin iqlim dəyişmələri prosesindəki mübarizəyə töhfə vermək əzminin yüksək qiymətləndirildiyini vurğuladı, bu tədbirin Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.

Kristina Latore Sanço bildirdi ki, İspaniya Hökumətinin Sədri COP-un təşkilində Azərbaycan Prezidentinin şəxsi təşəbbüsünü yüksək qiymətləndirir. Səfir iqlim dəyişmələri ilə bağlı mübarizə işində dövlətimizin başçısının fəaliyyətini qeyd edərək, ümumilikdə COP29 kimi mühüm tədbirin təşkilinə görə Azərbaycan tərəfinə və şəxsən dövlətimizin başçısına İspaniya Hökuməti adından minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev COP29-un keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az vaxtın olmasına baxmayaraq bütün işlərin yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan tərəfinin böyük səy göstərdiyini dedi.

Dövlətimizin başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək qeyd etdi ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olundu.

Azərbaycanın füsunkar ölkə və Bakının çox gözəl şəhər olduğunu deyən səfir ölkəmizdən xoş təəssürat aldığını bildirdi.

Görüşdə Azərbaycanla İspaniya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi, bu xüsusda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupunun yaradılması məsələsi qeyd olundu. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, energetika və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulandı. Orta Dəhlizin İspaniya şirkətlərinin region ölkələri ilə əlaqələrinin inkişafı üçün əlverişli perspektivlər açdığı qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

  • Related Posts

    İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

    Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görüş əsnasında…

    İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb. Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

    • May 20, 2026
    • 71 views
    İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

    İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

    • May 20, 2026
    • 70 views
    İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

    • May 20, 2026
    • 67 views
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

    İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

    • May 20, 2026
    • 72 views
    İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

    İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

    • May 20, 2026
    • 70 views
    İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

    İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

    • May 20, 2026
    • 74 views
    İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb