Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.

Əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğuladı, bunun əməkdaşlığımızın möhkəmlənməsi işinə verdiyi töhfəyə toxundu.

Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğuladı ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.

COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, burada əldə edilən nəticələr gələcək üçün böyük əhəmiyyət daşıyacaq.

Rumen Radev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı.

Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olundu, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirildi.

  • Related Posts

    İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və…

    İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib. Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib

    • Fevral 20, 2025
    • 9 views
    İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib

    İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

    • Fevral 20, 2025
    • 16 views
    İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

    İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib

    • Fevral 20, 2025
    • 15 views
    İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib

    İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib

    • Fevral 20, 2025
    • 17 views
    İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib