Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

İlk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.

Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq, bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətinə toxunuldu. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğuladı.

  • Related Posts

    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə…

    İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • İyul 18, 2026
    • 15 views
    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • İyul 18, 2026
    • 14 views
    İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • İyul 18, 2026
    • 14 views
    İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    • İyul 18, 2026
    • 14 views
    İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    • İyul 18, 2026
    • 15 views
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

    • İyul 18, 2026
    • 13 views
    İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib