Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib.

Görüş “Azərbaycanım” beynəlxalq jurnalının baş ofisində baş tutub. İlk öncə, Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli qonağı salamlayaraq, beynəlxalq jurnalın fəaliyyət istiqamətləri, yerli və beynəlxalq təşkilatlarla informasiya mübadiləsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələr barədə, eləcə də bu illər ərzində beynəlxalq jurnalın dünya təcrübəsinə inteqrasiyası istiqamətində qazandığı uğurlardan danışıb.

Baş redaktor Emil Nəsirli bildirib ki, kütləvi informasiya vasitələrinin inkişaf meyllərinin təhlili onu göstərir ki, beynəlxalq məsələlərin həllində medianın rolu getdikcə artır. Beynəlxalq münasibətlər sisteminin inkişafında media vasitələrinin nüfuzunun artması beynəlxalq aləmdə informasiya sahəsinin yaradılması ideyasının əsasını təşkil edir. Baş redaktor əlavə edib ki, ölkəmizin çap mediası arasında öz dəst-xəti ilə seçilən mətbu orqanlarından biri sayılan “Azərbaycanım” beynəlxalq jurnalı 20 ilə yaxındır ki, maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Əsas qayəsi ölkəmizi xaricdə layiqincə təbliğ etmək olan jurnal öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını, poliqrafiya keyfiyyətini yüksəldib müasirləşdirərək diaspor təşkilatları və beynəlxalq qurumlar ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində çoxşaxəli, səmərəli işlər görüb. Bunun nəticəsidir ki, “Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.

Görüşdə mətbuatımızın ötən zaman ərzində böyük inkişaf yolu keçdiyini qeyd edən Emil Nəsirli onu da vurğulayıb ki, dövlət tərəfindən KİV-in inkişafı istiqamətində atılan bütün addımların və görülən tədbirlərin Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş edib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Görüşdə Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin jurnalın Fəxri üzvü seçildiyini bildirib və Fəxri üzvlük sertifikatını səfirə təqdim edib.

Səfir İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində işıqlandırılan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və Fəxri üzv adına layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib. Səfir İssam bin Saleh əl-Cuteyli qeyd etdi ki, medianın fəaliyyətinin siyasi-iqtisadi, mədəni-tarixi, dini-milli proseslərdə həyata keçirilməsinin və cəmiyyətin müxtəlif sosial təsisatlarının strukturunda elə bir mühüm rol oynayır ki, onsuz cəmiyyətin normal inkişafı qeyri-mümkündür. KİV bəşəriyyətin əsas inkişaf meyili olan humanist yönümlü cəmiyyətin yaranmasında fəal iştirak edir.

Sonra Səfir İssam bin Saleh əl-Cuteyli redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini özündə əks etdirən foto stendlə tanış oldu.

Görüşdə Səfirliklə “Azərbaycanım” beynəlxalq jurnalı arasında informasiya mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsi, bu əlaqələrin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda, ölkəmisin isə Səudiyyə Ərəbistanında tanıdılması üçün zəruri vasitələrdən istifadə edilməsinə töhvə olacağının vacibliyi ətrafında fikir mübadiləsi aparıldı.

Sonra səfir İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə ilk qonağı kimi jurnalın “Fəxri Xatirə kitabı”na 2024-cü ilin ilk ürək sözlərini yazdı.

Görüşdə səfir İssam bin Saleh əl-Cuteyli “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə foto çəkdirdi.

  • Related Posts

    Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham…

    Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.

    Xəbərlər

    Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub

    • May 8, 2025
    • 25 views
    Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub

    Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

    • May 6, 2025
    • 18 views
    Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

    • May 5, 2025
    • 24 views
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    • Aprel 30, 2025
    • 59 views
    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    • Aprel 30, 2025
    • 44 views
    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

    • Aprel 28, 2025
    • 48 views
    İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub