Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına qatarlar barədə məlumat verdilər.

Bildirildi ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.

Diqqətə çatdırıldı ki, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәslә mәnsubdur. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub.

Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.

Dövlətimizin başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxdı.

Qeyd edildi ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.

  • Related Posts

    İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa…

    İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib. Stiven Douti Vaşinqtonda…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

    • Avqust 29, 2025
    • 30 views
    İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

    İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib

    • Avqust 29, 2025
    • 24 views
    İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib

    Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş başlayıb

    • Avqust 22, 2025
    • 51 views
    Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş başlayıb

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər

    • Avqust 22, 2025
    • 50 views
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər

    İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Avqust 18, 2025
    • 67 views
    İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

    • Avqust 8, 2025
    • 100 views
    Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar