İlham Əliyev Sloveniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Qorazd Rençel, ilk növbədə, COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğuladı, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd etdi. Sloveniyanın bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı COP29-da təmsil olunan xeyli sayda ölkələr arasında konsensusun əldə edilməsinin önəminə toxundu, tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyinin irəli aparılması üçün səmərəli nəticələrin olduğunu vurğuladı.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin yaxşı tarixə malik olduğunu deyərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladı və bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə məhsuldar müzakirələrin aparıldığını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycanla Sloveniya arasında siyasi dialoqun dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq ifadə olundu, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi əməkdaşlıq məsələləri üzrə işçi qrupunun toplantısının keçiriləcəyi bildirildi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin təşkil olunacağı qeyd edildi.

Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizində mühüm rola malik ölkə olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunuldu, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

  • Related Posts

    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə…

    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    • Aprel 17, 2025
    • 22 views
    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Aprel 17, 2025
    • 18 views
    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

    • Aprel 16, 2025
    • 24 views
    İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

    İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

    • Aprel 14, 2025
    • 25 views
    İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

    • Aprel 11, 2025
    • 40 views
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

    İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub

    • Aprel 11, 2025
    • 32 views
    İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub