İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

Əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev dedi: Layiq olduğunuz mükafat münasibətilə Sizi təbrik edirəm. Uzun illərdir ki, Siz ənənəvi əlaqələrimizin möhkəmlənməsi üçün çox iş görürsünüz. Ona görə də belə yüksək mükafatı Sizə təqdim etmək və yeni uğurlar arzulamaq mənim üçün çox xoşdur.

Rüstəm Minnixanov dedi: Cənab Prezident, çox sağ olun. Bu, yüksək mükafatdır. Biz Rusiya-Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi yüksək qiymətləndiririk. Tatarıstan burada xüsusi yerə malikdir. Tarixən belə alınıb ki, qardaş xalqlarımız və ən başlıcası, liderlərimiz – Azərbaycanın Lideri Heydər Əliyev və birinci Prezidentimiz Mintimer Şaripoviç Şaymiyev bizim inkişaf etdirdiyimiz həmin kursun əsasını qoyublar.

  • Related Posts

    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə…

    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    • Aprel 17, 2025
    • 21 views
    İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Aprel 17, 2025
    • 17 views
    İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

    • Aprel 16, 2025
    • 24 views
    İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib

    İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

    • Aprel 14, 2025
    • 24 views
    İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib

    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

    • Aprel 11, 2025
    • 39 views
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

    İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub

    • Aprel 11, 2025
    • 32 views
    İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub