İlham Əliyev Kazanda Laosun Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.

Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd etdi.

Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğuladı. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini dedi.

Thonqlun Sisulit dövlətimizin başçısını Laosa səfərə dəvət etdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxundu.

Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi.

  • Related Posts

    Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Qardaş Özbəkistanın tarixində…

    Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

    • Oktyabr 29, 2024
    • 8 views
    Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

    Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

    • Oktyabr 28, 2024
    • 10 views
    Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

    Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO

    • Oktyabr 25, 2024
    • 20 views
    Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO

    Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü olub

    • Oktyabr 24, 2024
    • 22 views
    Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü olub

    Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir

    • Oktyabr 23, 2024
    • 26 views
    Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir

    İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub

    • Oktyabr 23, 2024
    • 31 views
    İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub