İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırdı.

Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə etdi, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu dedi.

Pedro Sançez COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Qonaq qeyd etdi ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyələşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.

Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğuladı.

İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes-forumların keçirilməsi barədə razılıq əldə olundu.

Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edildi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

  • Related Posts

    Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub

    Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın…

    Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub

    • May 8, 2025
    • 24 views
    Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub

    Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

    • May 6, 2025
    • 17 views
    Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

    • May 5, 2025
    • 24 views
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    • Aprel 30, 2025
    • 58 views
    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    • Aprel 30, 2025
    • 42 views
    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

    • Aprel 28, 2025
    • 48 views
    İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub