İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.

Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin başçısının çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.

Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.

Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.

İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

“ASAN xidmət” təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.

Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.

  • Related Posts

    İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib. Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı…

    Forum “ŞUM” 2025: İdeyaların və mədəniyyətlərin görüş yeri

    Forum “ŞUM” 2025: İdeyaların və mədəniyyətlərin görüş yeri Bu yay Kalininqrad yenidən gənc jurnalistlər və media mütəxəssisləri üçün cazibə mərkəzinə çevrilir. 12 avqustdan 14 sentyabra qədər burada Rusiya və xaricdən…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    • Noyabr 22, 2025
    • 127 views
    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    • Noyabr 16, 2025
    • 104 views
    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    • Noyabr 15, 2025
    • 117 views
    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    • Noyabr 15, 2025
    • 84 views
    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    İlham Əliyev Özbəkistana səfərə gedib

    • Noyabr 15, 2025
    • 91 views
    İlham Əliyev Özbəkistana səfərə gedib

    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

    • Noyabr 14, 2025
    • 95 views
    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib