İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdiyi qeyd olundu. Keçən il Belarus Prezidentinin ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin inkişafında rolu vurğulandı.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunuldu.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

  • Related Posts

    İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və…

    İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

    • Aprel 4, 2025
    • 21 views
    İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

    İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

    • Aprel 4, 2025
    • 21 views
    İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

    Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilir

    • Aprel 4, 2025
    • 49 views
    Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilir

    İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdirini qəbul edib

    • Aprel 2, 2025
    • 21 views
    İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdirini qəbul edib

    İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib

    • Aprel 2, 2025
    • 19 views
    İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib

    Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub

    • Aprel 2, 2025
    • 16 views
    Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub