İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.

Dövlətimizin başçısı dedi ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.

Alen Berse vurğuladı ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.

Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını dedi.

Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd etdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulandı.

  • Related Posts

    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti…

    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    • Aprel 30, 2025
    • 21 views
    İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    • Aprel 30, 2025
    • 12 views
    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

    İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

    • Aprel 28, 2025
    • 19 views
    İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

    İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib

    • Aprel 25, 2025
    • 39 views
    İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib

    İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

    • Aprel 25, 2025
    • 25 views
    İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

    İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib

    • Aprel 25, 2025
    • 27 views
    İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib