İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Dövlətimizin başçısı Feridun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi.

Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı.

ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi.

Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu.

Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu dedi.

Görüşdə Azərbaycan ilə ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

  • Related Posts

    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov…

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzinə gəldi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı. Tədbirin iştirakçıları…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    • Noyabr 22, 2025
    • 118 views
    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    • Noyabr 16, 2025
    • 99 views
    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    • Noyabr 15, 2025
    • 109 views
    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    • Noyabr 15, 2025
    • 77 views
    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    İlham Əliyev Özbəkistana səfərə gedib

    • Noyabr 15, 2025
    • 85 views
    İlham Əliyev Özbəkistana səfərə gedib

    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

    • Noyabr 14, 2025
    • 87 views
    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib