İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş Plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib.

Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.

Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.

  • Related Posts

    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov…

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzinə gəldi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı. Tədbirin iştirakçıları…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Xəbərlər

    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    • Noyabr 22, 2025
    • 127 views
    İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    • Noyabr 16, 2025
    • 104 views
    Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    • Noyabr 15, 2025
    • 117 views
    İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    • Noyabr 15, 2025
    • 84 views
    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    İlham Əliyev Özbəkistana səfərə gedib

    • Noyabr 15, 2025
    • 91 views
    İlham Əliyev Özbəkistana səfərə gedib

    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

    • Noyabr 14, 2025
    • 95 views
    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib