-
Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz
və bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq üçün nə etmək lazımdır?
Səudiyyə Ərəbistanı Krallığını Azərbaycan Respublikası ilə qarşılıqlı
hörmət, səmimi qardaşlıq, ümumi islam irsi, ortaq tarixə əsaslanan yüksək
səviyyəli əlaqələr birləşdirir. İki ölkə arasındakı əlaqələr Azərbaycan
Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra bütün sahələrdə- siyasi,
iqtisadi, investisiyalar və ictimai sahələrdə böyük inkişafın şahidi olmuş və
iki ölkə rəhbərliyinin xüsusi diqqəti ilə əhatə olunmuşdur. Hal hazırda əlaqələri iqtisadi, investisiya
və turizm sahələrində daha da genişləndirmək üzərində iş aparırıq və axır bir
neçə ildə bu sahədə mühüm addımlar atmışıq.
- Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində
Azərbaycanı hər zaman dəstəkləyir, hətta buna görə Ermənistanla diplomatik
əlaqələr qurmayıb. Krallıq digər islam ölkələrini də bu mövqedən çıxış etməyə
çağırırmı?
Səudiyyə Ərəbistanı Krallığını İslam
dininin beşiyi və bütün müsəlmanların qibləsi kimi yarandığı gündən bu yana
bütün qüvvə və imkanları ilə İslam və müsəlmanlara xidmət etmək, İslam ümmətinin problemlərini həlli üçün səy göstərir. Bundan
çıxış edərək Krallıq həmişə beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq
Azərbaycan Respublikasının ərazi bütövlüyü və toxunulmamazlığını dəstəkləyir,
habelə bu qərarların icra edilməsi üçün hər cürə yardım göstərir. Ölkələrimiz
arasında bir çox beynəlxalq təşkilat, o cümlədən BMT, onun müxtəlif
ixtisaslaşmış qurumları, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq
əlaqələri mövcuddur. Ölkəm, Azərbaycanın
İslam Əməkdaşlıq Təşkilatı, eləcə də 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə qəbul edilməsinə böyük dəstək göstərmişdir.
Bundan əlavə Səudiyyə Ərəbistanı Krallığının İslam Əməkdaşlıq Təşkilatındakı
böyük nüfuzu sayəsində bu təşkilatda Azərbaycanın haqq işini dəstəkləyəcək qərarların
verməsi məsələsində mühüm rola malikdir. Bu çərçivədə Krallıq digər müsəlman
ölkələri də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə təşviq edir.
- Cənab səfir, ölkələrimiz arasında turizm
sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz və burda çalışdığınız müddətdə
regionlarımızda olmusunuzmu?
Deməliyəm ki, iki
ölkə arasında turizm əlaqələrinin inkişafı üçün böyük imkanlar mövcuddur. Son
zamanlar bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Belə ki, Səudiyyə Ərəbistanı
Krallığı Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında hava əlaqəsi
haqqında Saziş imzalanmışdır. Bundan əlavə Azərbaycan Hökuməti bu ilin fevral ayından etibarən Azərbaycanın bütün
beynəlxalq statuslu hava limanlarında Səudiyyə Ərəbistanı vətəndaşlarına sadələşdirilmiş
viza rəsmiləşdirilməsinə qərar vermişdir. Şübhəsiz ki, bu tədbirlər iki
ölkə arasında ticarət dövriyyəsi və turist mübadiləsinin
daha da artıb çoxalmasına imkan verəcək.
Azərbaycanın regionlarına
səfərlərimə gəlincə, buraya gələndən bəri, imkan tapıb Qəbələ, Quba,
Lənkəran və Naxçıvan kimi turizm bölgələrinə səyahət etmişəm. Orada gözəl
təbiət, çoxlu axar çay, dəyişkən iqlim, münasib şərait və qonqpərvərlik
görmüşəm. Bununla yanaşı, cürbəcür Azərbaycan xalq yaradıcılığı nümunələrinin
nümayiş olunduğu milli tədbirlərdə iştirak etmişəm.
-Yəqin ki, hamımızın
müsəlman olması, eyni dinə aid olmağımız Sizə burada qəribçilik çəkməməyə kömək
edir. Azərbaycanlılıar nə dərəcədə özünüzə yaxın hesab edirsiniz?
Siz haqlısınız!
Səudiyyə və Azərbaycan xalqları arasında bir çox ortaqlıqlar mövcuddur. Bu da
onların eyni tarix, din və mədəniyyətə mənsub olmasından irəli gəlir. Burada qətiyyən
özümü qərib hesab etmirəm, ələlxüsus da ona görə ki, Azərbaycan xalqı mehriban
və səxavətlidir.
-Cənab səfir, artıq
müsəlman dünyasının böyük sevinclə yaşadığı Ramazan ayı başlamışdır. Maraqlıdır
Ramazan ayı müqəddəs torpaqlarda necə qeyd olunur? Sizin özünüz bayramı necə
qeyd edirsiniz?
Ramazan ayı Səudiyyə
Ərəbistanı Krallığında nurani bir abu-havada və dünyanın digər yerlərindən
fərqlı formada qeyd edilir. Səudiyyəlilər onu böyük sevinc hissi ilə
qarşılayaraq, böyükdən kiçiyə kimi ailənin bütün üzvləri bu hisslərə qərq olur.
Səudiyyə cəmiyyəti Ramazan ayı ilə bağlı adət-ənənələrini qoruyur və bu adətlər
zaman keçdikcə nə dəyişilir nə də aradan gedir. Krallıqda Ramazan adətlərinin ən
önəmlilərindən biri ailə üzvlərinə və yaxınlara baş çəkməkdir. Belə ki, gecə
namazından sonra ailələr və qonşular ziyarət olunar. Bəzi ailələrdə belə bir
ənənə mövcuddur ki, Ramazanın hər bir günü dövrü olaraq ailənin bir üzvünün evində
iftar edilir. Bu zaman ailənin böyük üzvünün evindən başlanılır. Bəziləri iftar
yeməklərindən qonşulara pay verir, bununla da hamı öz arasında müxtəlif
yeməklər paylaşır. Bu ayda Krallıqda
rəsmi iş saatları dəyişilir, davamiyyət bir və ya iki saat qısaldılır.
Ramazanda xeyriyyəçilik çoxalır. Məscidlərin yaxınlığında iftar süfrələri
açılır, svetoforların yanında yüngül iftar yeməkləri paylanılır. Ramazanın
iyirmi yeddinci günündən sonra, əhali imkansızlara fitrə zəkatı və sədəqə
paylayır. Bu ta bayram namazınadək davam edir. Bununla da ramazan ayı Krallıqda
imkansızlara ülfət, səxavət və şəfqət kimi xüsusiyyətlərlə seçilir. Bunlar
Krallığın müxtəlif əhali qrupları arasında hökm sürən ortaq adətlər hesab
olunur. Bununla yanaşı hər bölgənin özünəməxsus adətləri vardır. Bütün
səudiyyəlilər kimi biz də ailəmizdə qeyd etdiyim adət-ənənəni yaşatmağa
çalışırıq.
-Azərbaycan xalqına
və jurnalın oxucularına arzularınız?
Mən qardaş Azərbaycan
Respublikası hökuməti və xalqına davamlı inkişaf və çiçəklənmə, Sizə və
oxucularınıza can sağlığı və xoşbəxtlik diləyirəm. Hörmətli jurnalınızıa isə
uğur və müvəffəqiyyət arzu edirəm.
P.S. "Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya
Şurasının qərarı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym "Azərbaycanım”
Beynəlxalq Jurnalının fəxri üzvü seçilmişdir. Görüşdə jurnalın baş redaktoru
Emil Nəsirli Fəxri üzvlük sertifikatını cənab səfirə təqdim etdi.