Qaqauziya Muxtar-Ərazi Birliyinin Başçısı İrina Vlax “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunmuşdur

Qaqauziya Muxtar-Ərazi Birliyinin Başçısı İrina Vlax "Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunmuşdur

Qaqauziya Muxtar-Ərazi Birliyinin Başçısı İrina Vlax

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində Qaqauziya Muxtar-Ərazi Birliyinin başçısı İrina Vlaxa "Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis edilmiş "Azərbaycanın dostu” Qızıl Ordeni təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində İrina Vlaxa Qızıl ordeni "Azərbaycanım” beynəlxalq jurnalının Baş redaktoru Emil Nəsirli jurnalın Redaksiya Şurasının Fəxri sədri Aureliya Qriqoriu ilə birgə təqdim etmişdir.

Baş redaktor Emil Nəsirli bildirmişdir ki, Azərbaycan ilə Qaqauziya arasındakı əlaqələr səmimi münasibətlərə əsaslanan tarixi keçmişə malikdir.Bu əlaqələrin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sonrakı illər ərzində bu münasibətlər daha da genişlənmişdir.Bu gün  Azərbaycan və Qaqauziya iqtisadi, təhsil və mədəniyyət sahələrində sıx şəkildə əməkdaşlıq edirlər. Bütün bunlardan savayı, Qaqauziyada Azərbaycanın rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələri misal göstərmək olar.Digər tərəfdən, Azərbaycan diasporasının Moldova və Qaqauziyanın rəhbərliyi ilə həddən artıq yaxşı əlaqələri vardır.

Emil Nəsirli vurğulamışdır ki, Azərbaycan diasporunun dəstəyi ilə Qaqauziya dəfələrlə mədəniyyət evlərinin insan kütləsi ilə dolu zallarında Azərbaycandan təşrif buyurmuş yaradıcı kollektivləri qəbul etmişdir. Bu görüşlərə xas olan səmimi münasibətlər,bizim qədim dostluq əlaqələrimiz ötən yüzilliklərin ümumi tarixindən bəhs edir.Azərbaycan xalqı çoxillik dostluq və dəstək nişanəsi olaraq Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsinin Qaqauziyanın Şöhrət xiyabanında qoyulmasına görə qardaş qaqauz xalqına minnətdardır.

Jurnalın kollektivi  Qaqauziya Muxtar-Ərazi Birliyinin başçısı xanım İrina Vlaxın "Azərbaycanın dostu” Qızıl ordeni ilə təltif olunmasından məmnunluğunu bildirir,Azərbaycan–Qaqauz dostluğunun möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirir» - deyə Emil Nəsirli bildirmişdir.

Azərbaycan ilə Qaqauziya arasındakı dostluq münasibətlərinin inkişafında qarşılıqlı səmərəli fəaliyyətə və iqtisadi, siyasi, humanitar, elmi və mədəni sahələrdə həyata keçirilən əməkdaşlığa görə  təltif olunan Qaqauziya Muxtar-Ərazi Birliyinin başçısı xanım İrina Vlax "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə "Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunmasına görə öz minnətdarlığını bildirmişdir.

Qaqauziya Muxtar-Ərazi Birliyinin başçısı İrina Vlax onu da qeyd etmişdir ki, Azərbaycan ilə Qaqauziya arasında birgə həyata keçirilən layihələr bizim əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə xidmət edir.

 

Afət Sadıqoğlu,
"Xalq qəzeti”

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar