Tanınmış iş adamı “Azərbaycanın qüruru” Qızıl Ordeninə layiq görüldü

Tanınmış iş adamı "Azərbaycanın qüruru” Qızıl Ordeninə layiq görüldü
 
Tanınmış azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova Türkiyənin İstanbul şəhərində "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru”Qızıl Ordeni təqdim edilib.

Mükafatı "Palmalı” Şirkətlər Qrupunun Baş ofisində Mübariz Mənsimova "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təqdim edib.

Jurnalın baş redaktoru E. Nəsirli bildirib ki, fəxrlə qeyd edirəm ki, azərbaycanlı iş adamı kimi Sizin həmkarlarınız və həmvətənlərimiz arasında qazandığınız böyük nüfuz təkcə biznes fəaliyyətinizlə məhdudlaşmır, yaşadığınız ölkənin – Türkiyə Respublikasının ictimai-siyasi həyatında göstərdiyiniz fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakınız geniş əks-səda doğurmuşdur. E. Nəsirli onu da əlavə edib ki, müasir ictimai-siyasi proseslərin, hadisə və meyillərin dərinliyini duymaq, işçilərin rifahı naminə mücadilə etmək hər an Sizin ictimai fəaliyyətinizin mərkəzində dayanır. İnsan psixologiyasını duymaq, kövrələn insan qəlbini almağı bacarmaq, zəngin dünyagörüşünüz, geniş məlumat dairəniz və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələriniz yaddaqalan cizgilərlə zənginləşmişdir,–deyə əlavə edən Emil Nəsirli Mübariz Mənsimovun Azərbaycana olan dərin sevgisi, onun vətənpərvərlik hisslərini əks etdirən əməlləri, ona öz problemlərinin həlli üçün müraciət edən soydaşlarımıza müxtəlif çətin anlarında dəstəyi, xeyriyyəçilik missiyası barədə geniş söhbət açaraq, Mübariz Mənsimovun iqtisadi, ictimai və sosial sahələrdə fəal iştirakına, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının inkişafında verdiyi mühüm töhfələrə, həmçinin sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülməsi barədə "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərar qəbul etdiyini söyləyib. Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova jurnalın kollektivinin, eləcə də Azərbaycan xalqının sevgisini, dərin hörmət və ehtiramını çatdıran E. Nəsirli tanınmış azərbaycanlı iş adamına möhkəm can sağlığı və işlərində yeni uğurlar arzulayıb.

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov onu bu mükafata layiq görən "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və jurnalın bütün kollektivinə minnətdarlığını bildirib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar