Şimali Kipr Türk Respublikasının Prezidenti “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Ersin Tatarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə Prezident Ersin Tatarın “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib.
Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara təqdim edib.
Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri olan Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin, eləcə də Azərbaycan-Şimali Kipr Gəncləri Birliyinin, həmçinin KKTC-nin Bakıdakı nümayəndəliyinin fəaliyyətinin iki ölkənin xalqları arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi tohfələrdən danışan Emil Nəsirli bu istiqamətdə xalqlarımız arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün bundan sonra da birlikdə addımlamağa və nailiyyətlər qazanmağa davam edəcəyini bildirdi.
“Əlaqələrimiz hər zaman çox gözəl olub və hazırda də eyni tendensiya davam edir. İki ölkənin xalqları arasında səmimi dostluq münasibətləri mövcuddur. Bir müddət əvvəl Azərbaycan jurnalistləri Kiprə səfəri zamanı ölkənin tarixi, mədəniyyəti, sosial həyatı barədə dərin məlumatlar əldə etmək imkanı qazanıblar. Bizim Şimali Kipr Türk Respublikası ilə bir çox istiqamətlərdə – turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində yaxşı münasibətlərimiz var”, - deyə qeyd edən Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində mütəmadi olaraq Şimali Kiprin həyatında baş verən bütün hadisələrin və yeniliklərin bundan sonra da davamlı şəkildə işıqlandırılmasının Azərbaycanda böyük maraqla qarşılandığını xüsusi vurğulayıb.
Şimali Kipr Türk Respublikasının tarixi, türk xalqlarının mədəniyyəti, adət-ənənələri, iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafı, hazırda orada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti, eləcə də Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin qazandığı elmi nailiyyətlər barədə geniş məlumat verən Prezident Ersin Tatar “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçdiklərinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürlərini bildirib.
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar