Suat Önal: Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanda parlamentin yenilənməsinin iqtisadi islahatları daha da sürətləndirəcəyinə, ölkənin inkişafına əlavə impuls verəcəyinə inanıram.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Suat Önal deyib.

O bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün hər cür şərait var: "Bu vaxta qədər 15-ə yaxın Avropa ölkəsində seçkiləri müşahidəçi kimi izləmişəm, müxtəlif ölkələrin seçki təcrübəsi ilə tanış olmuşam. 2018-ci ilin aprelində Azərbaycanda keçirilən prezident seçkilərində AŞPA-nın müşahidə missiyasının tərkibində təmsil olunurdum. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xalqın demokratik və şəffaf şəkildə istədiyi namizədə səs verməsi üçün hər cür şərait yaradılmışdı. Bundan əvvəl olduğu kimi, fevralın 9-da da parlament seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə əminəm”.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar