Arye Qut: Azərbaycanda aparılan islahatlar seçkilərdə gənclərin yeni ideyalarla iştirakına stimul verəcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanda aparılan islahatlar gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı fürsət yaradıb. Eyni zamanda, islahatlar fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında israilli politoloq Arye Qut deyib.

Politoloq bildirib ki, hazırda Azərbaycan dəyişikliklər, islahatlar yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilir. Prezident İlham Əliyev dərin təfəkkürə, dövlətin həyat fəaliyyətinin bütün istiqamətlərinə strateji və dəqiq yanaşmaya malik siyasi xadimdir”, - deyə o qeyd edib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar