“100 il. Bakı – Musiqi gözü ilə” proqramı çərçivəsində növbəti konsert

Bakı, 6 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "100 il. Bakı – Musiqi gözü ilə” proqramı çərçivəsində növbəti konsert Binə qəsəbə Mədəniyyət Mərkəzinin və 24 nömrəli 11 illik musiqi məktəbinin iştirakı ilə baş tutub.

İdarədən AZƏRTAC-a bildirilib ki, insanların musiqi zövqünün formalaşmasına, klassik və müasir Azərbaycan musiqisinin tanıtımına yönəlmiş musiqili proqram Binə sakinləri tərəfindən maraqla izlənilib.

"Rəqs” dərnəyinin rəhbəri Həmayə Abbasova "101-i” rəqsi ilə tədbirə gözəl bir ahəng qataraq tamaşaçıları sevindirib.

Bədii qiraətçi Yusif İsmayılov isə Bakı haqqında gözəl şeirlər söyləyib.

Sonda tədbir iştirakçıları fəxri fərmanlarla təltif olunublar.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar