Serbiyadakı həmvətənlərimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə bir araya gəlib

Belqrad, 30 dekabr, AZƏRTAC

Serbiyada yaşayan həmvətənlərimiz qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Belqradda yerləşən səfirliyi tərəfindən keçirilən tədbirdə bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, tədbirdə həmçinin Serbiyanın nüfuzlu ictimai, siyasi və mədəniyyət xadimləri, ziyalılar, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri də iştirak edib.

Tədbirdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxunub.

Səfir Eldar Həsənov bayram təbrikində xarici ölkələrdə, o cümlədən Serbiyada yaşayan azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə Azərbaycan dövlətinin qayğısını vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan xalqının əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. O, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, keçirilən görüşlər barədə tədbir iştirakçılarına məlumat verib. Bu münaqişənin həlli üçün dünyada yaşayan həmvətənlərimizin həmrəy olmasının vacibliyini də vurğulayıb.

İştirakçılara habelə, 2019-cu ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində səfirlik tərəfindən həyata keçirilən işlər barədə də qısa məlumat verilib, qarşıda duran vəzifələrdən danışılıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar