Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Bakı, 28 dekabr, AZƏRTAC

"Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Misirdə daimi yaşayan azərbaycanlı ailələr, işləyən və təhsil alan həmvətənlərimiz iştirak edib.

Tədbirdə çıxış edən birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi, mədəni və siyasi əlaqələrindən söhbət açıb. Son illər Azərbaycan diasporu tərəfindən 1000 dən çox misirli tələbəyə Azərbaycan dilinin tədris edildiyi, onlara ölkəmizin mədəniyyəti, tarixi haqqında geniş bilgilərin verildiyini bildirib.

S.Nəsirov misirlilərlə ailə quran azərbaycanlıların övladları ilə Azərbaycan dilində danışmağının önəmindən söhbət açaraq, onların övladlarına doğma ana dilimizi öyrətməkdə bütün imkanların olduğunu söyləyib.

S.Nəsirov qeyd etdi ki, artıq Qahirədə yerləşən Azərbaycan diaspor mərkəzi azərbaycanlıların doğma evinə çevrilib və burada soydaşlarımız arasında möhkəm əlaqələrin qurulması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Sonra nəsimişünas tədqiqatçı Həcər Karara İmadəddin Nəsimi haqqında apardığı tədqiqat işi haqqında məlumat verib. Karara Azərbaycanın ta qədimdən alimlər diyarı kimi tanındığını qeyd edərək, tədqiqatını azərbaycanlı şairlərdən biri ilə davam edəcəyini bildirib. O, Nəsimi irsinin tədqiqində verdiyi dəstəyə görə birliyin sədri Seymur Nəsirova təşəkkür edib.

Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində müxtəlif ixtisaslar üzrə aralarında azərbaycanlılar da olmaqla dünyanın 20 ölkəsindən 250-dən çox tələbə ödənişsiz təhsil alır.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar