Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda dövlətimizin başçısı Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.


 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar