“Qarabağ” muğam qrupu Ankarada musiqisevərlərin qəlbini fəth edib

Ankara, 26 dekabr, AZƏRTAC

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Qrupu Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, "Türk dünyasından ustadlar keçdi” devizi ilə təşkil olunan konsertdə Azərbaycanı "Qarabağ” muğam qrupu təmsil edib.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Tamaşaçılar "Qarabağ” muğam qrupunun ifasını alqışlarla qarşılayıblar.

Konsertə Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Abdullah Qurban dirijorluq edib.

Solistlərin ifasında səslənən "Almaz”, "Hay-hay”, "Mən aşiq”, "Ay Laçın”, "Aman ovçu”, "Ey nur” və s. məşhur mahnılar iştirakçıların zövqünü oxşayıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar