Azərbaycandan İsrailə ixracın dəyəri artıb

Bakı, 25 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrailin ticarət dövriyyəsi 1 milyard 246,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 205,9 milyon dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 101,6 milyon dollar artıb. Belə ki, keçən ilin 11 ayında ölkəmizdən İsrailə 1 milyard 104,2 milyon dollarlıq məhsul ixrac edilib.

Bu ilin 11 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 40,4 milyon dollar olub.

Qeyd edək ki, İsrail Azərbaycanın ticarət dövriyyəsi apardığı əsas ölkələrin siyahısında 7-ci pillədə qərarlaşıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar