“İstedArt” mədəni-xeyriyyə layihəsi çərçivəsində Yeni il şənliyi təşkil olunub

Bakı, 25 dekabr, AZƏRTAC

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən "İstedArt” mədəni-xeyriyyə layihəsi çərçivəsində Yeni il şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, qurumun nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında reallaşan tədbirdə musiqili və əyləncəli şou-proqram təşkil olunub, uşaqların əl işlərindən ibarət sərgi açılıb.

Proqramın sonunda uşaqlara müxtəlif Yeni il hədiyyələri təqdim edilib.

Xatırladaq ki, idarənin təşkil etdiyi "İstedArt” layihəsində müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqlar üçün sənət dərsləri keçirilir. 2018-ci ildə start verilmiş bu layihənin hazırda 4-cü mövsümü davam edir.

Layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı, əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardım etməkdən ibarətdir.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar