Praqada azərbaycanlı uşaqlar üçün Yeni il tədbiri keçirilib

Praqa, 22 dekabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı İcması Təşkilatının (ACCR) nəzdində olan "Buta” həftəsonu məktəbinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşan azərbaycanlı uşaqlar üçün təşkil olunan tədbirdə ACCR-nin sədri Eldar Vəliyev uşaqları və onların valideynlərini Yeni il bayramı münasibətilə təbrik edib, onlara dərslərində əlaçı olmağı, valideynlərinə hər zaman sevinc bəxş etmələrini arzulayıb. O, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Çexiyada nümayəndəsi Elşad Tağıyevə həftəsonu məktəbinə verdiyi dəstəyə görə təşəkkür edib.

Sonra məktəb müəllimələri Leyla Musayeva, Rəna Abubekirova və Şaxta baba uşaqlarla müxtəlif viktorinalar və şən oyunlar keçiriblər, bir-birindən gözəl olan rəqslərimizi ifa ediblər. Uşaqlar evdə hazırladıqları şeirləri və mahnıları Şaxta baba üçün səsləndiriblər.

Sonda uşaqlara "Buta” həftəsonu məktəbi və ACCR adından bayram hədiyyələri verilib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar