“Vikipediya”nın italyan dili bölməsində Azərbaycanla bağlı məlumatlar zənginləşdiriləcək

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamenti nəzdində "Vikipediya” qrupu yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd "Vikipediya”nın italyan dili bölməsində Azərbaycan haqqında məlumat bazasını zənginləşdirməkdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk bildirib.

"Qrupa təcrübəli insanlar rəhbərlik edəcəklər. Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov yüksək təşkilatçılığı olan gənclərimizdəndir. O, İtaliyada Azərbaycanın maraqlarının qorunması və ölkəmizin təbliği istiqamətində uğurlu layihələrə imza atıb. "Vikipediya”nın italyan dili bölməsində məqalələrin sayının artırılması işinə İtaliyada təhsil alan Əli Məmmədov rəhbərlik edəcək. Qarşıda təşkilatın AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya” Metodik Mərkəzi ilə əməkdaşlığı nəzərdə tutulub. Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmova və qrupun rəhbəri Əli Məmmədova uğurlar arzulayıram”, - deyə Elnur Eltürk bildirib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar