Nazir müavini: İranla Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır

Tehran, 21 dekabr, AZƏRTAC

İran ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın İqtisadi İşlər və Maliyyə nazirinin müavini Əli Mahmud Müsəvi deyib.

Parsabad əyalətində səfərdə olan nazir müavini iş adamları ilə görüşündə bildirib ki, iki qonşu və dost dövlətin qərarı ilə bu əyalətdə sənaye şəhərciyi salınacaq. Azərbaycanlı iş adamları ilə yanaşı, yerli sahibkarlar da buraya sərmayə yatıra bilərlər. Onun sözlərinə görə, sənaye şəhərciyinin yeri təsadüfən seçilməyib. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinə daxil olan dəmir yolu xətti bu ərazidən keçəcək ki, bu da istehsal olunacaq ixrac və idxal mallarının daşınmasını asanlaşdıracaq.

O, İran-Azərbaycan əlaqələrinin gələcəkdə daha inkişaf edəcəyini bildirib. Deyib ki, hər iki dövlətin başçısı xalqın mənafeyini rəhbər tuturlar.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar