Ukrayna KİV-ləri Vladimir Zelenskinin Azərbaycana səfərinə xüsusi diqqət yetirib

Kiyev, 19 dekabr, AZƏRTAC

Ukraynanın aparıcı KİV-ləri Prezident Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın ТСН, "1+1”, "2+2”, "İctimai TV” və digər telekanalları Prezident V.Zelenskinin Bakıya rəsmi səfəri ilə bağlı reportajlar yayımlayıblar.

Bundan başqa, Ukraynanın "UKRİNFORM,” "UNİAN”, "RBC”, "112.ua”, "lb.ua”, "24tv.ua” agentlik və saytlarında qeyd olunur ki, Prezident Vladimir Zelenskinin Bakıya səfəri zamanı mühüm məsələlər müzakirə olunub. Prezidentlərin təkbətək görüşü, geniş tərkibdə aparılan müzakirələr reportajlarda geniş yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edən fikirləri Ukrayna KİV-lərində xüsusi vurğulanıb. Həmçinin bildirilir ki, Azərbaycan-Ukrayna biznes forumunda prezidentlər bir sıra mühüm məsələlərə, o cümlədən iqtisadi və ticari əlaqələrin, turizmin inkişafına dair çıxışlar ediblər. Məqalələrdə prezidentlərin görüşü, sənədlərin imzalanması, mətbuata bəyanatlar, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşü barədə də ətraflı məlumat verilib.

Yazılarda V.Zelenskinin Azərbaycanda isti qarşılanması vurğulanır, bu səfərin iki ölkənin münasibətlərində yeni səhifə açacağı qeyd olunub.

Bundan başqa Ukrayna Prezidenti V.Zelenski "Instagram” səhifəsində Bakının tanınan məkanlarından foto paylaşımlar edib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar