Qazaxıstan Müstəqillik Gününü qeyd edir

Nur-Sultan, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Qazaxıstanda milli bayram- Müstəqillik Günü qeyd olunur. 1991-ci il dekabrın 16-da Qazaxıstanın Ali Şurası "Dövlət müstəqilliyi haqqında” Qanunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, 28 il əvvəl müstəqillik qazanan Qazaxıstan hazırda dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır və bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

Müstəqillik illərində Qazaxıstan dinamik inkişaf edən iqtisadiyyatına və xarici sərmayələrin cəlb edilməsinə görə MDB-də lider dövlətə çevrilib.

Müstəqillik Günü münasibətilə ölkənin hər yerində təntənəli mərasimlər keçirilir.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar