Albaniya Prezidentinə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib

Albaniya Prezidentinə "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib

Bakı, 25 aprel, Sehid.az

Sehid.az AZƏRTAC-a istinadla xeber verir
Aprelin 25-də Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Respublikasının Prezidenti İlir Metaya "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib.
Mükafatı İlir Metaya Prezidentin iqamətgahında "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təqdim edib. Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin inkişafındakı və elmi, mədəni, iqtisadi və siyasi sahələrdəki qarşılıqlı səmərəli fəaliyyətinə görə mükafatlandırılan Albaniya dövlətinin başçısı onu bu ordenə layiq gördüklərinə görə "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasına və kollektivinə minnətdarlığını bildirib. Prezident İlir Meta Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğulayıb. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlət başçısı bu layihəyə böyük önəm verdiyini bəyan edərək Azərbaycanın beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Prezident İlir Meta ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi üçün Azərbaycan tərəfindən həyata keçirilən işlərə görə minnətdarlığını ifadə edərək, bu baxımdan tərəfdaşlığın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən baş redaktor Emil Nəsirli ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğulayıb. O, bu tədbirin hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. İkitərəfli əlaqələrin inkişafına toxunan Emil Nəsirli enerji sahəsində əməkdaşlığın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Baş redaktor enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirib. "Cənub Qaz Dəhlizi” kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan baş redaktor beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycanın və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu qeyd edib.
İkitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Emil Nəsirli Albaniyanın Azərbaycana dost ölkə olduğunu söyləyərək, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla ifadə edib. O deyib ki, Albaniya Prezidenti İlir Meta ilə bu ilin mart ayında Azərbaycanın paytaxtında keçirilən VI Qlobal Bakı Forumunda görüş zamanı Prezidentin Azərbaycana olan diqqətinin və ikitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətinə qiymət verdiyinin şahidi olub. Mənalı və şərəfli ömür yolunuza, ictimai fəaliyyətinizə nəzər saldıqda, Sizin həm də nəcib şəxsiyyət olduğunuzu, tanınmış və nüfuzlu ziyalı kimi insanlarla xoş rəftarınızı, ünsiyyət bacarığınızı, yüksək mədəniyyətinizi, prinsipiallığınızı, gələcəyə yüksək inam hissiniz ilə diqqətinizi yüksək qiymətləndiririk. Jurnalın kollektivi "Azərbaycanın dostu” qızıl ordeninə layiq görülməyinizdən məmnun olduğunu bildirir, Azərbaycan-Albaniya dostluğunun möhkəmləndirilməsi istiqamətində gördüyünüz işləri yüksək qiymətləndirir”, - deyə Emil Nəsirli qeyd edib.
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar