Qəzənfər İbrahim oğlu Nəsirli — Azərbaycan SSR-də təsərrüfat rəhbəri.

https://az.wikipedia.org/wiki/Q%C9%99z%C9%99nf%C9%99r_N%C9%99sirli
 

Qəzənfər İbrahim oğlu Nəsirli — Azərbaycan SSR-də təsərrüfat rəhbəri.

Həyatı

1910-cu ildə Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açan Qəzənfər İbrahim oğlu Nəsirli ilk təhsilini 2-ci dərəcəli məktəbdə aldıqdan sonra,1930-cu ildə Gəncədəki Zaqafqaziya Pambıqçılıq Akademiyasına daxil olur. Buranı 1935-ci ildə bitirdikdən sonra fəaliyyətini doğma torpaqların meliorasiya işinə sərf etmək qərarına gəlir. Uzun müddət Lənkəranda rayonlararası suvarma sistemləri idarəsində baş mühəndis, sonra rəis kimi çalışan Q. Nəsirli çox keçmir ki, öz sahəsində kamil mütəxəssis, əhəmiyyətli uğurlar əldə edən bir kadr kimi tanınmağa başlayır. 1964-cü ildə Maşın-Ekskavator Stansiyasının direktoru təyin olunan Q.Nəsirli 1969-cu ildən respublikaya rəhbərlik edən Heydər Əliyevin fəaliyyətindən ruhlanır, özünə ideal hesab edərək daha böyük həvəslə işə başlayır. Çox keçmir ki, indi Nəsirlilər ailəsinin fəxrlə qoruduğu bir fotonun çəkildiyi tarixi an, tarixi hadisə baş verir.

...1973-cü il, sentyabr. Bu tarix təkcə Qəzənfər kişinin deyil, bütün nəsirlilərin taleyində o unudulmaz günü yada salır. Tez-tez respublikanın bölgələrinə səfər edərək, əməkçi insanların həyatları, özləri ilə yaxından tanış olan, onların əməyini qiymətləndirən dövlət başçısı Heydər Əliyevhəmin tarixdə Lənkəran bölgəsində olarkən Q.Nəsirli ilə də görüşür. Qəzənfər Nəsirlinin əməyini yüksək qiymətləndirən rəhbər bu əmək bahadırını"Qırmızı Əmək Bayrağı" ordeni kimi yüksək ordenlə təltif edir. Həm bu təltif, həm də özünə ideal saydığı şəxsiyyətlə üz-üzə görüş Qəzənfər kişi üçün ikiqat fərəh hissinə çevrilir. O, bu hisslərini ömrünün sonuna qədər yaşadır. Təltif zamanı çəkilən foto isə ailə albomunda xüsusi olaraq indi də qorunmaqdadır. 1980-ci ildə respublika əhəmiyyətli fərdi təqaüdə çıxması isə onun əməyinə daha bir yüksək qiymət olur. 1985-ci ildə H.ƏliyevMoskvaya gedəndə isə çoxları kimi, o da Azərbaycanın sonrakı taleyinə görə çox narahat olur.

Xəbərin retinqi: 
Şərh əlavə et
  • Нравится
  • 0
На нашем сайте вы можете найти все про СМИ онлайн
действия
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar